Burada sizin reklamınız ola bilər

Fuad Babanlı vəfat edib
19 Mart 2020 , 10:00

Fuad Babanlı vəfat edib


Ötən gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Fuad Babanlı vəfat edib.

 

Primetime.az Trend-ə istinadən xəbər verir ki, bu barədə yazıçının yaxınları bildiriblər.

 

Qeyd edək ki, Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951-1961-ci illərdə Qazaxda orta məktəbdə oxuyub. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis olan şair müxtəlif vəzifələrdə çalışıb. İki oğlu, dörd nəvəsi var. Oğullarından biri tanınmış azərbaycanlı ovçu Faiq Babanlıdır.

 

Fuad Babanlı doğulduğu Qazax şəhərində dəfn edilib.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR