23 yaşlı stüardessa hamam otağında faciəli şəkildə öldürüldü – FOTO

11:53

11 İyul

lady gaga

Rusiyanın Moskva şəhərində stüardessa hoteldə boğularaq qətlə yetirilib. 

 

Primetime.az rus mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı Albina Məhəmmədzənovanın meyiti səhər saatlarında hamam otağında su ilə dolu vannada tapılıb. Hadisə 10 iyul tarixində “Vnukovo Village” hotelində baş verib.

 

Boynunda barmaq izləri olan Albinanın boğularaq öldürüldüyü bildirilib. Məlum olub ki, gənc stüardessa hotelə Nikita Zenin adlı sevgilisi ilə gəlib. Daha sonra N.Zenin Albinanı məlum olmayan səbəbdən boğaraq qətlə yetirib və hoteli tərk edib.

 

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Sizə maraqlı ola bilər