Burada sizin reklamınız ola bilər

Elnur Məmmədli və Efendi birgə layihədə
22 Mart 2020 , 12:42

Elnur Məmmədli və Efendi birgə layihədə - VİDEO


Gənclər və İdman Nazirliyi ilə Azərbaycan İdman Jurnalistləri Federasiyası koronavirusa qarşı mübarizə mövzusunda videoçarx hazırlayıblar.

 

Primetime.az xəbər verir ki, videoçarxda gənclər və idmançılar əhalini hökumətin tövsiyələrinə riayət etməyə, ehtiyac olmadıqca evdə qalmağa səsləyiblər və koronavirusa qarşı mübarizə yollarını izah ediblər. Videoçarxda Dünya Skaut Komitəsinin üzvü İlyas İsmayıllı, Azərbaycanın Avroviziya təmsilçisi Samirə Efendi, Prezident mükafatçısı Sabir Rüstəmov, Olimpiya çempionu Elnur Məmmədli, üçqat dünya çempionu Hacı Əliyev, gimnastika üzrə Avropa çempionatının mükafatçısı Zeynəb Hümmətova çəkiliblər.

 

Çəkilişlər Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Heydər Əliyev Sarayı, Bakı Konqres Mərkəsi, Su İdmanı Sarayı və "Baku Crystal Hall" önündə aparılıb. 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR