Burada sizin reklamınız ola bilər

Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi imkanları genişləndirildi
22 Mart 2020 , 17:58

Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi imkanları genişləndirildi


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Azərbaycan Respublikasının Mərkəzi Bankında və Azərbaycan Beynəlxalq Bankında açılmış müvafiq hesablara könüllü ödənişlərin və ianələrin sayı artmaqdadır.

 

Bu barədə Primetime.az-a Mərkəzi Bankdan məlumat verilib.

 

Qeyd olunub ki, həyata keçirilən ödənişlərin kütləviliyini və intensivliyini, ayrı-ayrı fiziki və hüquqi şəxslərin müraciətlərini, habelə ölkədə məhdudlaşdırılmış iş rejiminin tətbiqi məsələlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kütləvi ödənişlərin mərkəzləşdirilmiş qaydada qəbulunun təşkili üçün yaradılmış “Hökumət Ödəniş Portalı”nda qeyd olunan hesablara vəsaitlərin köçürülməsi imkanlarının və üsullarının genişləndirilməsi və asanlaşdırılması məqsədilə xüsusi funksionallıq və mexanizm yaradılıb.

 

“İctimaiyyətin diqqətinə çatdırırıq ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində həmin hesablara vəsaitlərini köçürə bilərlər.

 

Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankında və Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin rəsmi internet səhifəsində (www.cabmin.gov.az) yerləşdirilib”-deyə, məlumatda qeyd olunub. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR