Burada sizin reklamınız ola bilər

Bakıdakı dünya çempionatı təxirə salındı
23 Mart 2020 , 13:42

Bakıdakı dünya çempionatı təxirə salındı


Bakıda keçirilməli olan aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı təxirə salınıb.

 

Primetime.az-ın məlumatına görə, bunu Beynəlxalq Gimnastika Federasiyası (FİG) açıqlayıb.

 

Mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə keçirilib. Buna koronavirus pandemiyası səbəb olub. Həmçinin 9-cu Dünya Yaş Qrupu yarışı da təxirə düşüb. 

 

Bildirilir ki, hazırda FİG və Azərbaycan Gimnastika Federasiyası arasında yarışın keçirilməsi tarixi ilə bağlı uyğun variant barədə müzakirələr aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR