Burada sizin reklamınız ola bilər


23 Mart 2020 , 19:36

"Mall"lardakı aptek və ərzaq mağazaları işləyir - Nazirlik


Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların kütləvi toplaşdığı məkanlar olduğu nəzərə alınaraq, iri ticarət mərkəzlərinin və Mall-ların fəaliyyəti bir ay müddətinə dayandırılıb.

 

İqtisadiyyat Nazirliyindən Primetime.az-a verilən məlumata görə, bu məhdudiyyət ərzaq mağazaları və apteklərin fəaliyyətinə şamil olunmur:

 

"Həmin obyektlər adi qaydada gündəlik işini davam etdirirlər. Adi iş rejimi həmçinin, ticarət mərkəzləri və Mall-ların nəzdində olan ərzaq mağazaları və apteklərə də aiddir".

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR