Burada sizin reklamınız ola bilər

Avrokubokların finalları təxirə salındı
23 Mart 2020 , 22:33

Avrokubokların finalları təxirə salındı


UEFA avrokubokların may ayında keçirilməli olan final oyunları ilə bağlı qərar qəbul edib.

 

Primetime.az-ın məlumatına görə, Çempionlar Liqası, Avropa Liqası və qadınlar arasında Çempionlar Liqasının həlledici görüşü koronavirus pandemiayası üzündən qeyri-müəyyən vaxta təxirə salınıb.

 

Matçların taleyi UEFA-nın yaratdığı İşçi Qrupu assosiasiyanın prezidenti Aleksander Çeferinin başçılığı ilə təşkil olunacaq videokonfransda müzakirə olunacaq. Konfransda mümkün variantlar nəzərdən keçiriləcək.

 

Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 30-da İstanbulda (Türkiyə), Avropa Liqasının həlledici matçı mayın 27-də Qdanskda (Polşa), qadınların Çempionlar Liqasındakı görüş mayın 24-də Vyanada (Avstriya) keçirilməli idi.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR