Burada sizin reklamınız ola bilər

Bakı polisi 20 cinayətin üstünü açdı
24 Mart 2020 , 11:16

Bakı polisi 20 cinayətin üstünü açdı


Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 20 cinayətin üstü açılıb.

 

Bakı Şəhər Baş Polis İdarəsindən Primetime.az-a verilən məlumata görə, cinayətlərin 1-i quldurluq, 8-i narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 faktın üstü açılıb.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə, ümumilikdə 1 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan dörd nəfər tapılaraq ailəsinə təhvil verilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR