Burada sizin reklamınız ola bilər

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanıldı
24 Mart 2020 , 12:02

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanıldı


Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Primetime.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR