Burada sizin reklamınız ola bilər

4 yaşlı uşaq avtomobildə yanaraq öldü
24 Mart 2020 , 15:12

4 yaşlı uşaq avtomobildə yanaraq öldü - Ucarda FACİƏ


Ucar rayonunda bədbəxt hadisə baş verib.

 

Primetime.az "Report"a istinadən xəbər verir ki, hadisə Təzə Şilyan kəndində qeydə alınıb.

 

Belə ki, "VAZ-2106" markalı avtomobil qəfildən alışıb. Bu zaman avtomobildə olan 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Meyit avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR