Burada sizin reklamınız ola bilər


25 Mart 2020 , 10:19

"Cahan" qrupuna qadağa - FOTO


"Cahan qrupu" MMC-nin təsisçisi və "Cahan" qrupunun üzvləri Dadaş Tarverdiyev, Cahid Əlibəyov və Arzuxan Gözəlov arasındakı məhkəmə prosesi yekunlaşıb.

 

Primetime.az xəbər verir ki, bu barədə iddiaçı Vüsal Zeynalovun vəkili Yeganə Məmmədova məlumat yayıb. Bildirilir ki, tərəflər arasında ötən ilin 25 iyulundan başlayan hüquqi proseslərə son olaraq Bakı Apellyasiya Məhkəməsində Şeyda Məhərrəmovanın hakimliyi ilə baxılıb.

 

 

Qərara əsasən, bundan sonra cavabdeh şəxslər -  "Cahan" qrupunun üzvlərinə bu addan istifadə etmək qadağan edilib.

 

Qeyd edək ki, "Cahan qrupu" 2010-cu ildən fəaliyyət göstərir.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR