Burada sizin reklamınız ola bilər


25 Mart 2020 , 11:19

"Kişidir, sevgisini hər an bildirmir" - Brilliant Dadaşova oğlundan danışdı


 Xalq artisti Brilliant Dadaşova "Şou ATV" verilişində qonaq olub.

 

Primetime.az xəbər verir ki, müğənni oğlu Cahaddan danışıb:

 

"Oğlum hər zaman məni qorumağa çalışır. Kişidir, sevgisini hər an bildirmir. Dəyişik xasiyyəti var. Azərbaycanda öyrəşdiyimiz xasiyəti yoxdur. Kişilərin kiminsə arxasınca danışmasını qəbul etmir. Deyir, kişilər niyə xanımlarsız bir yerə yığışır? Dostları çağıranda getmir".

 

Dadaşova övladı ilə bağlı bir vaxtlar yayılan "Evlənib, uşağı olub" xəbərlərinə münasibət bildirib:

 

"Bir çoxları xətrimə dəydi. Oğlumla bağlı yalandan "evlənib" xəbərləri yaydılar. Oğlandır, universitetdə oxuyur, qızlarla şəkil çəkdirməsi normaldır. Bir oğlum var, onun toyu olacaq, heç kim bilməyəcək? Övladıma bir yox, dörd toy edəcəm. İnsanların taleyi ilə oynamaq olmaz. Oğlum da pis olmuşdu, Bakıya zəng etdi ki, nə məsələdir? Yazdılar uşağı da var. Maqazin insanı deyiləm, olan şeyləri danışmalarını xoşlayıram".

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR