Burada sizin reklamınız ola bilər

Azərbaycanda elektrik enerjisi istehsalı 4%-dən çox artıb
25 Mart 2020 , 11:37

Azərbaycanda elektrik enerjisi istehsalı 4%-dən çox artıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 385 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

 

Primetime.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,6%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 4,3% artaraq 48,6 mln. manat təşkil edib.

 

Ötən iki ay ərzində Azərbaycanda 4 355,9 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 4,2% çoxdur.

 

Bunun 124,4 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 31,4% azdır.

 

Bunun 4 079,4 mln. kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin iki ayının göstəriciləri ilə müqayisədə 6,5% çoxdur.

 

Hesabat dövründə Azərbaycanda 17,0 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə 9,1% azdır.

 

Yanvar-fevral aylarında ölkədə 4,7 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 7,8% azdır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR