Burada sizin reklamınız ola bilər

Moskva və Londondan 151 nəfər Azərbaycana qaytarıldı
25 Mart 2020 , 13:05

Moskva və Londondan 151 nəfər Azərbaycana qaytarıldı


Martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Primetime.az-a daxil olan məlumata görə, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçib və karantinə yerləşdirilib.

 

Qeyd edək ki, vətəndaşların ölkəyə qayıtması tarixləri Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR