Burada sizin reklamınız ola bilər

Hindistanda körpəyə koronavirusun şərəfinə ad qoyulub
25 Mart 2020 , 14:20

Hindistanda körpəyə koronavirusun şərəfinə ad qoyulub


Hindistanın Uttar Pradeş ştatında yeni doğulmuş qıza koronavirusun şərəfinə Korona adı qoyulub.

 

Primetime.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Dessan Herald” məlumat yayıb. Uşağın əmisi Nitesh Tripati jurnalistlərə bildirib ki, virus, şübhəsiz ki, çox təhlükəlidir, amma insanları birləşdirib və sağlam vərdişlərin təbliğinə töhfə verib. Onun sözlərinə görə, indi panikaya qapılmaq yox, həkimlərin və səlahiyyətlilərin tövsiyələrinə əməl etmək vacibdir.

 

“Bu körpə virusa qarşı mübarizədə insanların birliyinin rəmzi olacaq”, - o deyib.

 

Korona martın 22-də komendant saatı tətbiq olunmazdan bir neçə saat əvvəl doğulub. Uşaq sağlamdır və anası ilə birlikdə evə buraxılacaq.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR