Burada sizin reklamınız ola bilər

Azərbaycanlı aparıcının ailəsində ağır itki
25 Mart 2020 , 16:09

Azərbaycanlı aparıcının ailəsində ağır itki - FOTO


Aparıcı Könül Muxtarovanın ailəsində ağır itki üz verib.

 

Primetime.az xəbər verir ki, o, nənəsini itirib. Bu haqda Könül özü məlumat yayıb:

 

"Beləcə ən yaxın rəfiqəm, sirdaşım, başımın tacı, hər işimdə dayağım nənəmi itirdim. Nə qədər xəstə yatağında olsa da hər an nəzarəti üzərimdə idi. Görəsən indi mən kiminlə dərtləşəcəyəm, kiminlə zarafatlaşacağam, kim məni hamıdan qoruyacaq? Axı mən İnciyə necə deyim onun da rəfiqəsi bizi tək qoydu? İnciyə hər dəfə doğmamı itirəndə yalanlar uydurmaqdan yoruldum. Bircə rahatladığım son anında halallaşmağımız oldu. Necə sınaqlarla dolu həyatda yaşayırıq. Necə mənasızdır ömrümüzü dalaşaraq, günah işlədərək keçirmək. Heç kim özü ilə heç nə aparmır, biz nəyin həvəsindəyik? Soyuqdan qorxan nənəm, indi soyuq torpaqda yatırsa daha mənə heç kim və heçnə maraqlı deyil. Hər kəsə haqqım halal olsun, sizdən də halallıq istəyirəm. Allah heç birinizi əzizinizlə sınağa çəkməsin, ölənlərinizin ruhu şad olsun. Bu da nənəmlə 3 gün öncə və sonuncu şəklimiz oldu".

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR