Burada sizin reklamınız ola bilər

Avtovağzaldan alınan biletləri qaytarmaq istəyənlərə
25 Mart 2020 , 16:38

Avtovağzaldan alınan biletləri qaytarmaq istəyənlərə - Müraciət


Bakı Beynəlxalq Avtovağzal Kompleksi biletlərin geri qaytarılması ilə bağlı sərnişinlərə müraciət edib.

 

Kompleksin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova Primetime.az-a bildirib ki, biletləri qabaqcadan satış kassaları vasitəsilə, eləcə də, onlayn qaydada alan sərnişinlər onu qaytaran zaman ödədikləri məbləği tam geri alacaqlar, yəni bu zaman hər hansı komisyon tutulmayacaq.

 

Bildirib ki, bu günə kimi 1715 sərnişin artıq biletini geri qaytarıb. Digər sərnişinlər də 29, 30 və 31 mart tarixlərində onlar üçün ayrılacaq xüsusi kassalara yaxınlaşıb biletləri geri qaytara bilərlər. Qeyd edək ki, qaydaya əsasən, biletini onlayn qaydada əldə edən sənişinlər gedişdən imtina etdiyi zaman ödənilən məbləğ 7-30 iş günü müddətində onların hesabına geri köçürülür.

 

Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə ödənilən məbləği nağd şəkildə ala bilər.

 

Onlayn qaydada bilet alan sərnişinlər biletlərin qaytarılması ilə bağlı 26 mart tarixindən etibarən +99455 201 15 39 və +99455 201 15 29 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR