Burada sizin reklamınız ola bilər

AZAL təmənnasız yüklərin daşınmasını həyata keçirəcək
25 Mart 2020 , 18:38

AZAL təmənnasız yüklərin daşınmasını həyata keçirəcək


Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə koronavirus infeksiyasının (COVID-19) yayılması ilə mübarizə ilə bağlı görülən tədbirlər çərçivəsində "Azərbaycan Hava Yolları" Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə bütün dövlət təyinatlı yüklərin prioritet qaydada daşınmasını həyata keçirəcək. 


Qurumdan Primetime.az-a daxil olan məlumata görə, sözügedən yüklərin daşınması təmənnasız əsaslarla baş tutacaq.

 

Qeyd edək ki, "AZAL" QSC-nin bütün struktur bölmələri gücləndirilmiş iş rejimində və hökumət qurumları ilə sıx əlaqədə işləməyə davam edir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR