Burada sizin reklamınız ola bilər


25 Mart 2020 , 20:56

"Bahalı avtomobil, ev olar" - Elçin Cəfərov


“Bahalı müğənni” ifadəsi bir az gülməlidir. Bahalı avtomobil, ev olar. Pulla alınan o qədər şey var ki...".

 

Primetime.az xəbər verir ki, bu sözləri müğənni  Elçin Cəfərov MTV-yə müsahibəsi zamanı deyib. Sənətçi şou-biznesdə özünü “bahalı ifaçı” adlandıran həmkarlarını qınayıb:

 

"Müğənnilikdən öncə insansan. İnsan birinci özü-özünə qiymət verməlidir. Mənim üçün özümün dəyərim yoxdur. Çünki məni Allah yaradıb. Özüm üçün çox dəyərliyəm. Kim necə fikirləşir özü bilər. Amma qiymət qoymaq ki, bahalı və ya ucuz müğənniyəm normal baxmıram. Ucuz deyən yoxdur təbii ki, hamı bahalı müğənniyəm deyir”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR