Burada sizin reklamınız ola bilər

ABŞ-da koronavirusa yoluxanların sayı 60 min nəfəri ötdü
25 Mart 2020 , 22:27

ABŞ-da koronavirusa yoluxanların sayı 60 min nəfəri ötdü


ABŞ-da COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 60 min nəfərdən çoxdur.

 

Primetime.az  RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin federal və yerli məlumatları əsasında hesablamalar aparan Cons Hopkins universiteti bildirib. Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 60115 yoluxma halı təsdiqlənib, 827 nəfər ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

 

Təşkilatın son məlumatlarına görə, dünyada 372 mindən çox insan virusa yoluxub, 16 mindən insan pandemiyanın qurbanı olub. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR