Burada sizin reklamınız ola bilər


26 Mart 2020 , 15:56

"Mənim günahım nədir onlarla barışım?" - Faiq Ağayev


Xalq artisti Faiq Ağayev küsülü olduğu həmkarlarından danışıb.

 

Primetime.az xəbər verir ki, "Söhbətsiz" verilişində qonaq olan ifaçı, həmkarları ilə olan münasibətlərindən danışıb:

 

"Niyə barışıq əli uzadım? Küsməyə, münasibətlərin pozulmasına səbəbi mən verməmişəm. Biri öz eqosuna, yekəbaşlığına qurban getdi. Birini toya sürpriz qonaq kimi çağırmışdılar, mən proqramda var idim. Qayıtdı ki, yox ey, qardaş, puldur. Mən də qayıtdım ki, sən 12 illik dostluğu yarım saatlıq pula dəyişirsən? Axırda Faiq Ağayev oxudu və o, pulsuz evə getdi.

 

Digəri, təzə münasibət qururdu, istəmədi gələcək həyat yoldaşının yanında öpüm. Halbuki biz gündə öpüşürdük, Bu isə həyat yoldaşı üçün belə bir tablo yaradıb ki, toxunulmazdır.

 

Biri də ad günündə idim, hamı başıma yığışmışdı. Gəldi, dönüb salamlaşdım. Bir də baxdım yoxdur, soruşuram hardadır? Dedilər, küsdü ki, Faiq Ağayev mənə hörmətsizlik etdi. Nə etməli idim? Gedib ayaqqabısını soyundurub ayaqlarını ovxalamalı idim? Mənim günahım nədir onlarla barışım? Loxam? Alnıma loxluq yazılmayıb. Onların alnına "loxluq" yazılıb".

 

Qeyd edək ki, F.Ağayev həmkarları Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva və Brilliant Dadaşova ilə illərdir küsülüdür.  

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR