Burada sizin reklamınız ola bilər

DİN əməkdaşları yaşı 65-dən yuxarı olanlarla profilaktik söhbətlər aparıb
26 Mart 2020 , 23:37

DİN əməkdaşları yaşı 65-dən yuxarı olanlarla profilaktik söhbətlər aparıb


Koronavirus pandemiyası ilə əlaqədar Gəncə şəhərində də xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparıb.

 

DİN-in Mətbuat Xidmətindən Primetime.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları onlara xüsusi karantin rejiminin tələblərini xatırladaraq bu tələblərin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini bildirib.

 

Bundan başqa, Baş İdarə əməkdaşları şəhər ərazisində qrup halında gəzən sakinlər ilə də maarifləndirici söhbət aparıb. Söhbət zamanı vətəndaşlara virusun yaxın məsafəli ünsiyyət zamanı yoluxma riskinin daha yüksək olduğu bildirilib. Əhaliyə mümkün qədər evdən çıxmamaq, zəruri hallarda çıxıldıqda isə tibbi maska, spirt və əlcəkdən istifadə edilməsi tövsiyə olunub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR