“Eurovision” mahnımız Eldarı xatırlatdı-OXŞARLIQ-VİDEO

14:03

13 Mart

lady gaga

Bu il ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək Aysel Məmmədovanın “X my heart” mahnısı ilə bağlı maraqlı məqam üzə çıxıb.

Belə ki, sözügedən bəstənin nəqarət hissəsi Azərbaycanı 2011-ci ildə “Eurovision”da qalib edən Eldar Qasımovun “İ am free” mahnısı ilə oxşardır.

Ayselin ifasını dinlədikdə Eldarın sözügedən mahnısındakı notları da zümzümə etmək olur.

Qeyd edək ki, Eldar Qasımov “İ am free” mahnısını 2015-ci ildə təqdim edib. Ayselin ifa edəcəyi “X my heart” isə yunan bəstəkar, prodüser Dimitros Kontopulos və isveçli Sandra Byorman tərəfindən yazılıb.

Mahnıları təqdim edirik:

Teymur Məmmədov

Sizə maraqlı ola bilər