“5 mindən çox müəllim 1000 manatdan yuxarı maaş alır” – Nazir

11:46

11 Sentyabr

lady gaga

Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı müəllimlərin əmək haqlarından söz açıb.

 

Primetime.az-ın məlumatına görə, nazir bildirib ki, son artımdan sonra 5000-dən çox müəllim 1000 manatdan yuxarı əməkhaqqı alır:

 

“Ötən müddətdə 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. Onların dərs yükü norması 1,5 dəfə, əmək haqqları 2 dəfə artırılıb. Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır. Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı növbəti dəfə – 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb. Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib”.

 

“Eyni zamanda ümumtəhsil sistemində çalışan 5000-dən çox müəllimin bu artımdan sonra maaşı 1000 manatdan çox təşkil edir”, – deyə C.Bayramov bildirib.

Sizə maraqlı ola bilər