50 yaşlı qadın 4 övlad dünyaya gətirdi – FOTOLAR

16:02

8 Noyabr

lady gaga

İngiltərədə 50 yaşlı Treysi Britten adlı qadın dördəm dünyaya gətirib. 

 

Primetime.az xəbər verir ki, ekstrakorporal mayalanma (İn Vitro Fertilisation, İVF) əməliyyatı nəticəsində hamilə qalmış qadın bununla da İngiltərənin ən yaşlı anası olub. Kiprdə 7 min funt-sterlinqə başa gələn doğum zamanı dünyaya göz açan körpələr hospitalın doğuş şöbəsinin intensiv terapiya bölməsində nəzarətə alınıb. Üç qız, bir oğlan anası olan Treysinin dediyinə görə, övladları ilə birlikdə Milad Bayramına qədər evdə olacağına ümid edir. Britten, əri Stivenlə körpələrə ad fikirləşir.

 

O, verdiyi açıqlamada “Mənə dedilər ki, bu yaşda ana olmaq mümkün deyil. Lakin inad etdim, fikrimdən dönmədim. İVF əməliyyatı nəticəsində hamilə qaldım. Həkimlərin söylədiklərinə görə, milyonda bir olan hadisə baş vermişdi. Sonra da dörd övladımı doğdum. Çox bəxtəvərəm” deyib.

 

Məlumat üçün bildirək ki, Treysinin bundan başqa üç böyük övladı – bir qızı və iki oğlu var və o, ən kiçiyi 7 aylıq, ən böyüyü 11 yaşlı 8 nəvənin nənəsidir.

 

Sizə maraqlı ola bilər