DİN Qaxda 2 nəfərin öldüyü, 9 nəfər yaralandığı yol qəzası barədə məlumat yayıb

12:39

30 İyun

lady gaga

Daxili İşlər Nazirliyi Qax rayonunun Tanqıt kəndi ərazisində 2 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

DİN-dən verilən məlumata görə, iyunun 29-da saat 10 radələrində Qax rayonunun Tanqıt kəndi ərazisində Zaqatala rayon sakini İlkin Əliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus və Qaratala kənd sakini Fəxri Məmmədlinin idarə etdiyi “KamAZ-5511” markalı avtomobillər toqquşub.

Daha sonra “Mercedes” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə İ.Əliyev hadisə yerində ölüb, 3 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Rəhilə Mikayılova orada dünyasını dəyişib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sizə maraqlı ola bilər