“7 Gözəl” layihəsi təqdim olundu – FOTOLAR

13:59

10 Fevral

lady gaga

Ötən gün paytaxt otellərindən birində “7 gözəl Wedding Beauty Fashion Show” adlı tədbir baş tutub.
Gecədə 2018-ci ildə dəbdə olacaq gəlinlik və ziyafət geyimləri,makiyaj və saç düzümləri nümayiş olunub.

Müğənnilərin çıxışı,tanınmışların mükafatladırılması,viktorinalar, şou və əyləncə gecəyə rəng qatan məqamlardan olub.

Tədbir barədə layihənin rəhbəri Pərvanə Məmmədova məlumat verib:

“Birinci layihə olduğu üçün üzərimdə böyük məsuliyyət var. Hər saniyə həyəcanlı idim. Azərbaycanla bağlı bu tip dəb şousu keçirmək həmişə arzum olub. Bu layihənin həyata keçəcəyinə inanların sayı çox az idi. Gecəyə qatılan qonaqlara isə öz təşəkkürümü bildirirəm.

Ümumiyyətlə mənə Azərbaycan deyəndə gözümün qarşısına “Sarı gəlin” gəlir. Məhz açılışı da Samirə Əfəndinin ifasında o mahnı ilə etdik. İfaçının geyindiyi libasın üzərindəki rəsm isə rəssam tərəfindən yağlı boya ilə 1 aya hazırlanmışdı.

“7 gözəl” layihəsini il ərzində 2 dəfə həyata keçirməyi planlaşdırıram”.

Qeyd edək ki, layihənin marketinq rəhbəri Könül Əhmədovadır.

Teymur Məmmədov

 

Sizə maraqlı ola bilər