85 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib – VİDEO

21:53

11 Yanvar

lady gaga

Ötən il 85 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib. Vətəndaşlığın itirilməsi ilə bağlı məsələyə məhkəmələr tərəfindən baxılır.

 

Primetime.az “Xəzərxəbər”ə istinadən xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2018-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında məlumat verib.

 

Xidmət rəisi 2018-ci ildə xarici ölkələrdən Azərbaycana geri qaytarılan vətəndaşların sayını da açıqlayıb.

 

Vüsal Hüseynovun sözlərinə görə, ümumilikdə 2018-ci ildə ölkəyə gələn əcnəbilərin sayında 6 faiz artım olub. O, Azərbaycanda qaçqın statusu ilə yaşayanlardan da danışıb.

 

Azərbaycanda qaçqın statusu ilə yaşayanların arasında İran vətəndaşlarının sayı üstünlük təşkil edir.

 

Ötən il qurum qanunsuz miqrasiyaya qarşı mübarizəni də gücləndirib. Həyata keçirilən tədbirlər çərçivəsində miqrasiya qanunvericiliyni pozmuş şəxslərin sayında 11 faiz azalma olub.

Sizə maraqlı ola bilər