860 volt elektrik ötürə bilən yeni canlı kəşf edildi

14:47

11 Sentyabr

lady gaga

Amazon hövzəsində biri 860 voltluq elektrik şoku ötürə bilən 2 elektrikli ilan balığı növü kəşf edilib. 

 

Primetime.az xəbər verir ki, batareyanı ixtira edən Alessandr Voltaya ilham mənbəyi olan elektrikli ilan balıqlarının tək bir növü (Electrophorus electricus) olduğu düşünülürdü. Vaşinqtondakı Smitson Milli Təbiət Tarixi Muzeyi zooloqu C. David de Santana isə başçılıq etdiyi bir qrupun Cənubi Amerikanın uzaq guşələrindən topladığı 107 DNT nümunəsinin təhlilinin “Electrophorus voltaic” və “Electrophorus varii” adlandırılan iki növ elektrik ilanının olduğunu göstərdiyini qeyd edib.

 

Nəticələri “Nature Communications” adlı elm jurnalında yayımlanan araşdırmada “E voltai”nin ən çox elektrik istehsal etmə gücünə malik canlı olduğu məlum olub. İndiyədək elektrikli ilan balıqlarında ən çox 650 voltluq elektrik ölçülüb. “E voltai” isə 860 volt elektrik ötürə bilir.

 

Sizə maraqlı ola bilər