Burada sizin reklamınız ola bilər

Azərbaycanda DƏHŞƏTLİ virus yayılıb və 2 kənddə karantin elan olunub?
17 Sentyabr 2019 , 10:16

Azərbaycanda DƏHŞƏTLİ virus yayılıb və 2 kənddə karantin elan olunub?


Sosial şəbəkələrdə Balakən rayonunda Yeni Şərif və Qaysa əhalisinin naməlum xəstəliyə tutulduğu ilə bağlı məlumat yayılıb.

 

Qeyd edilir ki, bütün uşaqların, gənclərin, hətta körpələrin bədənini qara yaralar örtüb, bəzilərinin qulaqlarında qan axmağa başlayıb. Yayılan məlumata əsasən, hazırda xəstəlik böyüklərə də keçir. Bu baxımdan adıçəkilən kəndlərdə karantin elan olunduğu bildirilir.

 

Məsələ ilə bağlı Primetime.az Balakən Rayon İcra Hakimiyyəti ilə əlaqə yaradıb. İctimai, siyasi, humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov saytmıza açıqlamasında məlumatın yalan olduğunu deyib. “Bununla bağlı biz də sosial şəbəkələrdəki məlumatlarla qarşılaşmışıq. Lakin dezinformasiyadır. Adı çəkilən kəndlərdə elə bir fakt qeydə alınmayıb”, – deyə F.Nəcəfov qeyd edib.

 

Səhiyyə nazirliyindən saytımıza verilən xəbərə görə isə, Balakən rayonunda naməlum xəstəliyin yayılması ilə bağlı məlumat yoxdur.

 

Günay Rəsulqızı

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR