Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi

18:13

12 Fevral

lady gaga

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.

 

Primetime.az Oxu.az-a istinadən xəbər verir ki, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub.

 

Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.

 

Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.

 

Xatırladaq ki, Abel Məhərrəmov noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.

Sizə maraqlı ola bilər