Abışovun yeni klubu müəyyənləşdi – FOTO

16:15

13 İyun

lady gaga

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Primetime.az xəbər verir ki, paytaxt təmsilçisi “Neftçi”dən ayrılan Ruslan Abışovla 2 illik müqavilə bağlayıb.

 

Futbolçu karyerasına “Neftçi”də başlayan Abışov, daha sonra “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” və Rusiyanın “Rubin” klubunun uğurları üçün çalışıb.

 

Qeyd edək ki, Ruslan Azərbaycan millisində keçirdiyi 55 oyunda 4 qola imza atıb.

Sizə maraqlı ola bilər