ABŞ-da DƏHŞƏT! Evdə çıxan yanğında 5 uşaq öldü – FOTOLAR

15:38

12 Avqust

lady gaga

ABŞ-da dəhşətli hadisə yaşanıb.

 

Primetime.az xəbər verir ki, Pensilvaniya ştatının Erie şəhərində bir evdə gecə saatlarında yanğın çıxıb. Nəticədə 5 uşaq həyatını itirib. Verilən məlumata görə, yanğın əsnasında evdə olan bir qadın və 12 və 17 yaşlarında olan iki uşaq pəncərədən tullanaraq sağ qalıb. Onlar dərhal xəstəxanaya çatdırılıb.

 

 

Erie Yanğınsöndürmə şefi Qay Santon qurbanların yaşlarının 8 ay ilə 7 il arasında olduğunu bildirib. O, evdə daha çox cəsəd olub-olmaması ilə bağlı araşdırmanın davam etdiyini qeyd edib. Yanğınsöndürmə departamenti açıqlamasında “bu qorxunc faciənin təsir etdiyi hər kəsə baş sağlığı veririk və həyatda qalanlara görə dua edirik” – deyə qeyd olunub.

Sizə maraqlı ola bilər