ABŞ-da məscidə hücum olundu

14:54

25 Mart

lady gaga

ABŞ-ın Kaliforniya ştatında məscidin divarına od vurulub. 

 

Primetime.az xəbər verir ki, hadisə Eskondido İslam Mərkəzində baş verib. Hadisə yerinə dərhal polis və yanğınsöndürmə briqadaları cəlb edilib. Polis məscidin avtoparkından Yeni Zelandiyada iki məscidə hücumla əlaqədar yazı tapıb.

 

Verilən məlumata görə, yanğın zamanı içəridə 7 nəfər olsa da, yaralanan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, Yeni Zelandiyadakı hücumlar zamanı 50 nəfər həyatını itirib, 50 nəfər yaralanıb.

Sizə maraqlı ola bilər