ABŞ və Çin arasında yeni böhran

13:41

12 Yanvar

lady gaga

Dünyanın ən böyük hava yolu şirkətlərindən ABŞ mərkəzli “Delta”nın Tayvan və Tibeti ölkə statusunda göstərməsinə Çindən çox sərt reaksiya gəlib.

“Delta”nın internet saytında Tayvan və Tibetin ölkə kimi göstərilməsinə reaksiya göstərən çinli rəsmilər firmaya təcili olaraq üzr istəməsi çağırışı edib.

Verilən açıqlamada “Çinə səfər edən bütün hava yollarının, Çinin qanun və firmalara gətirdiyi öhdəliklərə uyğun davranmasını gözləyirik” ifadələrindən istifadə edilib.

Çin Tayvan və Tibetin öz torpaqları içində olduğunu və müstəqil ölkələr olmadığını müdafiə edib.

Sizə maraqlı ola bilər