Abşeronda 4 otaqlı ev yandı

22:07

14 Avqust

lady gaga

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, rayonun Məmmədli kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin mətbəx mebeli 3 p.m sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sizə maraqlı ola bilər