Abşeronda iki mindən çox ailəyə qurban əti paylanılıb

17:58

13 Avqust

lady gaga

Qurban bayramı respublikamızın hər yerində olduğu kimi, Abşeronda da geniş qeyd edilir. Rayonda kəsilən qurbanlar icra hakimiyyətində yaradılan komissiya tərəfindən tərtib olunmuş siyahıya əsasən bir şəhər, 15 kənd və qəsəbə inzibati ərazi dairəsində paylanılıb.

 

Primetime.az xəbər verir ki, qurban əti şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl əlillərinə, habelə İkinci Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşan məcburi köçkün ailələrinə, tənha və yataq xəstələrinə, eləcə də yardıma ehtiyacı olan digər ailələrə verilib. Ümumilikdə 2 mindən çox ailəyə qurban əti paylanılıb.

 

Qurbanlıq heyvanlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən məntəqədə kəsilib.

Sizə maraqlı ola bilər