Abşeronda şirkət avtomobili 7 yaşlı uşağı vurub qaçdı

20:32

18 Oktyabr

lady gaga

Abşeron rayonunda şirkət əməkdaşı azyaşlını avtomobillə vurub qaçıb.

 

Primetime.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Xırdalan qəsəbəsində baş verib.

 

Xırdalan şəhər sakini Salayev Aslan Ədalət oğlu “Carlsberg-Azerbaijan” şirkətinə məxsus idarə etdiyi “Seat İbiza” markalı avtomobillə 2011-ci il təvəllüdlü Məmmədzadə Əlixan Zaur oğlunu vurub.

 

Avtomobil azyaşlının ayağının üstündən keçib və sürücü hadisə yerindən qaçıb.

 

Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyatı hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Sizə maraqlı ola bilər