“İş adamları övladlarının keyfiyyətli mahnı dinləməsini istəyirlərsə…”

15:01

7 Dekabr

Bəstəkar müğənni Nazim Məmmədov keyfiyyətli mahnılar haqda danışıb.

lady gaga

Mahnıları bir neçə bölməyə aid edən N.Məmmədov hitlərin sirrini açıqlayıb:

“Düşünürəm ki, pis mahnı yoxdur. Sadəcə olaraq bəsit, qəliz, ritmik, lirik, azhissəli və çoxhissəli mahnılar var. Mahnının hər şeyi yaxşı olmalıdır. Yəni söz və musiqi vəhdət daşımalıdır. Çünki hər hansısa bir məclisdə müğənnidən hansısa bir bəstəni ifa etməyini istəyəndə musiqini zümzümə etmir, sözlərini deyir. Aranjiman isə mahnının geyimidir. Onu hansı formada insanlara təqdim etsən elə də qəbul olunacaq.

Eyni zamanda, ifanın təqdim olunma vaxtı da müğənni tərəfindən düzgün seçilməlidir. Bəstənin mətni elə yazılmalıdır ki, dinləyici özünü orada tapsın. Elə bilsin ki, bu sırf ona görə yazılıb. Ən sonda isə oxumaqla mahnının möhürü vurulmalıdır.

Əgər sadaladıqlarımda səhvlərə yol verilirsə, o zaman mahnının tutmaq şansı yoxdur”.

Bəstəkar uşaq mahnılarının olmamasından gileylənib:

“Mən neçə ildir ki, uşaqlar üçün layihə üzərində işləmək istəyirəm. Dəfələrlə şou-biznesin ən öndə gedən ifaçılarına da təklif etmişəm. Bu onlar tərəfindən də yaxşı qarşılanıb. Layihəni ortalığa çıxarmaq üçün mənə kömək lazımdır. Ən azından aranjimançılarda bu işə dəstək verməlidir. Eyni zamanda da imkanlı iş adamları övladlarının keyfiyyətli uşaq mahnısı dinləməsini istəyirlərsə layihənin ərsəyə gəlməsinə köməklik edə bilərlər.

Bu sahədə boşluq olduğu üçün uşaqlar nəyə qulaq asacağını bilmir. Onlara hər musiqini dinləməyə icazə verməməliyik. Necə ki, tərbiyələri ilə məşğul oluruq, eləcə də zövqlərini idarə etməliyik. Çünki zövq elə bir məvhumdur ki, onu tərbiyə etmək mümkündür”.

Teymur Məmmədov

Sizə maraqlı ola bilər