Çağatay Ulusoy və Gizem Karaca həbs edildi – YENİLƏNDİ

17:50

16 May

lady gaga

Türkiyəli məşhurlar Çağatay Ulusoy, Gizem Karaca, Cemal Hünal, Yusuf Akgün, Ergun Taş, Dj Nuri Kösem, Selin Boronkay, Cenk Eren və Ayşe Selinin adlarının hallandığı narkotik qalmaqal ilə bağlı məhkəmə qərarı verilib.

Belə ki, 5 il əvvəl baş vermiş ittihamla bağlı məhkəmə qərar çıxarıb.

Məhkəmə aktor Çağatay Ulusoy və aktrisa Gizem Karacaya “narkotik maddə ticarəti etmək” ittihamı ilə 4 il 2 ay həbs cəzası kəsib. Müğənni Cenk Erenə isə 6 il 3 ay həbs cəzası verilib. Apelyasiya Məhkəməsi cəzaları təsdiq etsə, adı çəkilən şəxslər həbsxanaya yolanacaq. Əks halda işə yenidən baxılacaq. Cenk Erenin cəzası 5 ildən artıq olduğundan Ali Məhkəməyə müraciət etmək hüququ var.

Bununla yanaşı Dj Nuri Kösem ilə Selin Boronkay müvafiq olaraq 4 il və 2 il müddətinə azadlıqdan məhrum olunublar.

Sizə maraqlı ola bilər