“Adıçəkilən tanınmışlar şouda olmayacaq” – “Maşın” şoudan AÇIQLAMA

12:08

17 May

lady gaga

Xəbər verdiyimiz kimi, 28 May Respublika Günündə əməkdar artist Murad Dadaşovun reytinqləri alt-üst edən “Maşın” realiti şousunun növbəti buraxılışı ekranlara gələcək.

“Xanımlar və cənablar 2” adı ilə yayımlanacaq proqramda bu dəfə də 9 tanınmış qadın və kişi avtomobil uğrunda mübarizəyə qoşulacaq.

Hər il olduğu kimi, bu il də şounun başlamasına sayılı günlər qalmış yarışmada iştirak edəcək şəxslərin adları mediaya sızıb.

Bu dəfəki “Maşın”da qeyri-rəsmi olsa da Pərvin Abıyeva, Xuraman Şuşalı, Pərviz Bülbülə, Türkan Vəlizadə, Günel Hümbətova, Fira Cəlilova, İlhamə Bədəlova və başqalarının adı çəkilir.

Məsələni dəqiqləşdirmək üçün layihəni ərsəyə gətirən “M Group Production”nın mətbuat xidməti ilə əlaqə saxladıq. Suallarımızı cavablandıran Könül Əlibəyli yayılan adlara belə münasibət bildirdi:

“Biz heç bir rəsmi açıqlama etməmişik. Mediada yayılan məlumatlar əsassızdır. Bildiyiniz kimi, iştirakçıların adını efir gününə qədər sirr saxlayırıq. Çünki belə daha maraqlı olur.

Bizdə ilkin olaraq siyahı var idi və orada şou-biznesin demək olar ki, bütün nümayəndələrinin adı yer almışdı. Burada iki variant var. Ya media adları özündən yazıb, ya da köhnə siyahı kiminsə əlinə keçib.

Siyahımızda elə reper var ki, heç Bakıda yaşamır. Görən şoka düşəcək. Çünki məhz “Maşın” şou üçün Bakıya gələcək. Meyxanaçı da olacaq, amma bu Pərviz Bülbülə deyil. Türkan Vəlizadə də siyahımızda yoxdur. Bir sözlə adıçəkilən tanınmışlar şouda olmayacaq”.

Teymur Məmmədov

Sizə maraqlı ola bilər