Adnan Oktara ŞOK CƏZA: 870 il…/FOTOLAR

15:29

12 İyul

lady gaga

Türkiyədə Harun Yahya adı ilə tanınan Adnan Oktarla bağlı yeni xəbər var.

 

Primetime.az-ın məlumatına görə, belə ki, A.Oktar üçün istənilən cəzanın detalları müəyyən olub.

 

İstanbul Respublika Prokurorluğunda hazırlanan iddianaməyə əsasən,  ona 870 ,5 ilə qədər həbs istənilib.

 

Onun haqqında siyasi cəsusluğa görə 20, cinsi istismara görə 78 , günah işlətmək məqsədi ilə təşkilat qurmaq və idarə etməyə görə 9, cinsi təcavüzə görə 255 il istənilib.

 

Türkiyə Respublika Prokurorluğunda hazırlanan 4 min səhifəlik iddianamədə Oktarın etdiyi cinayətlərin siyahısı tərtib edilib. Yekun olaraq, qəsdən adam öldürmə, şantaj və digər çoxsaylı cinayətləri nəzərə alınmaqla toplam 870,5 illik həbs tələb edilib.

 

Qeyd edək ki, “kedicik”ləri ilə tez-tez gündəmə gələn Adnan Oktar və 235 tərəfdaşı iyulun 22-də saxlanılıb. Saxlanılan şəxslərə qarşı azyaşlılara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj ittihamları irəli sürülüb.

Sizə maraqlı ola bilər