Afaq ilə xalq artisti Brilliant Dadaşova küsülü imiş

15:12

23 İyul

lady gaga

“Artıq neçə illərdir, aramızda soyuq küləklər əsir. Bəlkə ona yalnış məlumatlar gəlib, ona görə mənimlə danışmır”.

Primetime.az xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli xalq artisti Brilliant Dadaşova barəsində deyib.

Afaq sənətçi ilə uzun müddətdir ki,  münasibətlərinin pis olduğunu bildirib:

“Mən Brilliant xanımla həmişə salamlaşıram və üzündən öpürəm. Mən bu insana xalq artisti deyirəm, gözəl xanım deyirəm, nə deməliyəm? Ola bilər hansısa müğənni Brilliant xanım haqda nəsə deyib və o bundan inciyib. Amma biz hər kəsin fikrinə hörmət etməyə məcburuq. İnşallah, gələcəkdə salamımı alar”.

Sizə maraqlı ola bilər