Ağcabədidə 21 yaşlı tələbə qız qaçırıldı

16:58

25 Fevral

Ağcabədi rayonunda 21 yaşlı tələbə qız qaçırılıb.

 

lady gaga

Hadisə şəhərin S.Vurğun küçəsində baş verib.

 

Qızın anası Nazilə Musayeva “Report”a açıqlamasında qızı Sevinc Musayevanın zorla qaçırıldığını iddia edib. Artıq 3 gündür qızından xəbər ala bilməyən ana hüquq-mühafizə orqanlarına məlumat verib.

 

Məlumatda o da bildirilir ki, ehitimala görə, qızı İsmayıllı rayonundan Ağcabədiyə qonaq gələn şəxs qaçırıb.

 

S.Musayeva Müəllimlər İnstitunun Ağcabədi filialının 2-ci kurs tələbəsidir.

 

Faktla bağlı araşdırma aparılır.

 

\\Report

Sizə maraqlı ola bilər