Ağdamda iki avtomobil toqquşdu, xəsarət alan var

21:56

17 Yanvar

Ağdamda yol nəqliyyat hadisəsi baş verib.

 

lady gaga

Hadisə rayonun Əhmədağalı kəndi ərazisində baş verib.

 

1985-ci il təvəllüdlü Gözəlov Tural Məhəmməd oğlu idarə etdiyi “VAZ-2106” markalı “02 BR 489”  qeydiyyat nömrə nişanlı minik maşını ilə hərəkətdə olarkən  “10 LZ 874” dövlət nişanlı “QAZEL” markalı maşınla toqquşub.

 

Nəticədə “VAZ” markalı maşının sahibi T.Gözəlov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır.

 

\\APA

Sizə maraqlı ola bilər