Ağdamda tarixi məscid bərpa edilir – VİDEO

22:54

23 İyul

lady gaga

Ağdamda qəzalı vəziyyətə düşən tarixi məscid bərpa edilir.

 

Primetime.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, məscid 1907-cı ildə Xındırıstan kənd sakini Hacı Cabbar bəy tərəfindən yaşayış evi kimi tikilib. Bir əsrdən artıq yaşı olan tikili əvvəlcə ev kimi nəzərdə tutulsa da, ötən əsrin 30-cu illərində taxıl anbarı, 80-ci illərində Tarix-Diyarşünaslıq Muzeyi, 90-cı illərdən sonra isə məscid kimi fəaliyyət göstərib.

 

Binada bərpa işləri ilə paralel, dayanıqlığını artırmaq üçün beton-bərkitmə işləri də aparılır.

 

Məscidin xarici görünüşü də dəyişdirilir və işğal altındakı Ağdam şəhərində olan məscidin layihəsi əsasında bərpa edilir. Layihəyə uyğun olaraq məsciddə qoşa minarə də inşa edilir.

 

Təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulub.

Sizə maraqlı ola bilər