Ağdaşda 15 yaşlı qız turnikdən yıxılaraq öldü – VİDEO

21:03

12 Dekabr

Ağdaşda 15 yaşlı qız turnikdən yıxılaraq ölüb.

 

lady gaga

Bədbəxt hadisə rayonun Ləki qəsəbəsində baş verib.

 

Qəsəbə sakini, 10-cu sinif sagirdi Mehriban Osmanova öz həyətlərində olan turnikdə idman edən zaman yıxılıb və başı betona çırpılıb. Mehriban Osmanovanı yıxıldığını görən anası onu dərhal xəstəxanaya aparsa da, qızın həyatını xilas etmək mümkün olmayıb. O, aldığı ağır kəllə-beyin travmasından dünyasını dəyişib.

 

Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər