Ağıllı telefon 90 illik tabloda – FOTO

15:53

16 May

lady gaga

XVII əsrdən bir səhnəni təsvir edən tablo sosial medianın müzakirə mövzusuna çevrilib. Belə ki, Umberto Romanonun 90 il əvvəl çəkdiyi tablo “zamanda səyahət” deyimini yenidən gündəmə gətirib. Buna səbəb isə təsvirdə yer alan adamlardan birinin əlində günümüzün ağıllı telefonuna bənzəyən bir alətin olmasıdır. Bəzi tarixçilər bu ehtimalın yanlız olduğunun deyib.

Araşdırılan tabloda adamın əlində tutduğu alətin əslində nə olduğu bilinmir. Lakin buna aid bir sıra ehtimallar mövcuddur. Pensilvaniya Universitetində işləyən elmi araşdırmaçı Dr. Marqaret Bruçak alətin o dövrə aid bıçaq olduğunu ehtimal edib.

Amerikalı tarixçi Daniel Kroun isə ağıllı telefona bənzəyən alətin güzgü ola biləcəyini deyib. O, XVII əsrdə avropalıların güzgünü amerikalılara verməsi nəticəsində onun geniş yayıldığını bildirib.

Qeyd edək ki, “Bay Pynchon ve Springfield’a Yerləşmək” adlı tablo ABŞ-da Massaçusets ştatında Sprinqfilddə bir ofisin divarından asılıb.

 

Sizə maraqlı ola bilər