Ağsuda güclü yanğın: hadisə yerinə təyyarə və helikopterlər göndərildi

20:04

12 İyul

lady gaga

Ağsu rayonunda güclü yanğın baş verib.

 

Hadisə rayonun Bico kəndinə yaxın ərazidə 100 hektardan çox biçilmiş taxıl sahələsində qeydə alınıb. Hazırda yanğın kəndin şimal dağlıq ərazilərinə tərəf irəliləyir.

 

Yanğının qarşısının alınması üçün Ağsu, habelə Şamaxı və Göyçay rayonlarının yanğından mühafizə xidmətlərinin qüvvələri, Fövqəladə Hallar Nazirliyinin iki helikopteri və bir təyyarəsi cəlb olunub.

 

Köməyə ətraf kəndlərin, o cümlədən Bico, Gəgəli və bir neçə yaxın yaşayış məntəqələrinin sakinləri gəlib. Onlar texnikanın girə bilmədiyi ərazilərdə yanğını söndürməyə çalışırlar. 10-dək şum traktorunun qüvvəsi ilə alovun kənd ərazisinə daxil olmasının qarşısını almaq üçün şumlama işi aparılır.

 

\\Report

Sizə maraqlı ola bilər