“Ah bu sevda” – FOTO- VİDEO

12:00

12 Yanvar

lady gaga

Müğənni Sevda Yahyayeva yeni mahnısını təqdim edib.

“Ah bu sevda” adlanan bəstənin müəllifi bəstəkar-müğənni Əhməd Mustafayevdir. Mahnının aranjimanı Ramin Vəlibəyova aiddir.

S.Yahyayeva yeniliyi haqda bunları deyib:

“Mahnı mənə Əhməd tərəfindən hədiyyə olunub. İlk dəfə eşidəndə çox bəyəndim. Bu cür gözəl mahnıya görə ona təşəkkür edirəm”

İfaçı yeni mahnısı üçün fotoqraf Zeynal Məmmədovun obyektivi qarşısına keçərək fotosessiya da etdirib.

S.Yahyayevanın saç və makıyajı “Beauty Academy by Anar.Agakishiev”ə məxsusdur.

Qeyd edək ki, “Ah bu sevda” dinləyicilər tərəfindən də yetəri qədər sevilib.

Sözügedən mahnı və fotoları oxucularımız üçün yayımlayırıq:

Teymur Məmmədov

Sizə maraqlı ola bilər